office@stk.edu.az
(+994 12) 567-78-59 / 566-85-49

ADNSU-nun nəzdində
Sənaye Texnologiya Kolleci

Xəbərlər

ADNSU-nun nəzdində STK- da 2024/ 2025-ci tədris ilində yaz imtahan sessiyası başa çatmışdır.

İmtahan sessiyası Elm və Təhsil Nazirliyinin müvafiq əmri əsasında  ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlının 30 may 2025-ci il tarixli əmrinə əsasən  qiyabi şöbədə  iyunun 25-dək, əyani şöbədə isə  iyulun 5 - dək yazılı  formada keçirilmişdir. 

STK-da imtahan sessiyasının gedişinə operativ nəzarəti və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə  İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərmişdir. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və  daxil olmuş şikayətlərin araşdırılmasını tam təmin etmişdir.

Yaz imtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün lazımı şərait yaradılmışdır.


10.07.2025